Kəmaləddin Heydərov regional mərkəzə yeni rəis təyin etdi

  • Müəllif: Firuzə
  • 31 Oktyabr 2026 20:29

Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad olunub.

Gununesi.info xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyin edilib.

Sumqayıt Regional Mərkəzinə isə V. Fətullayevin yerinə daha əvvəl Şimal-qərb Regional Mərkəzinə rəhbərlik etmiş polkovnik Vüqar Ağayev gətirilib.

Gununesi.info