Ceyranbatan su anbarında meyit tapıldı

  • Müəllif: Orxan
  • 02 Noyabr 2026 11:21

Abşeronda meyit tapılıb.

Gununsesi.info lent.az-a istinadla xəbər verir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Mahir Tofiq oğlu Ramazanovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti gölün ərazisində aşkar edilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Gununsesi.info