Demokratik Konqoda gəmi qəzasından sonra 200-dən çox insan itkin düşüb

  • By ilhame
  • 20 Avqust 2024 22:07

Konqo Demokratik Respublikasının (Konqo DR) mərkəzi hissəsində yerləşən Lukeni çayında gəminin batması nəticəsində 200-dən çox insan itkin düşüb.

 

Gununsesi.info-nun məlumatına görə, bu barədə çərşənbə axşamı Konqonun “Actualite” xəbər portalı məlumat yayıb.

 

“Gəmi avqustun 18-də axşam saatlarında göyərtəsində 300 sərnişin ilə Macoko qəsəbəsindən yola düşüb. Qaranlıqda o, maneəyə çırpılıb və aşıb. 43 nəfər özünü sahilə çatdıra bilib, 3 nəfərin meyiti aşkar edilib. Qalanları itkin düşmüş hesab olunur və onların axtarışlar davam etdirilir”, – məlumatda bildirilir.

Gununsesi.info