Fransada deputat intihar etdi - FOTO

  • By Günel
  • 07 İyul 2025 22:54

Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) sağçı “Respublikaçılar” partiyasından olan deputatı Olivye Marleks öz seçki dairəsində – Anet kommunasında (Fransanın mərkəzindəki Eure-et-Luara departamenti) intihar edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Agence France-Presse” prokuror Frederik Şevalyeyə istinadən məlumat yayıb.

54 yaşlı millət vəkili bazar ertəsi axşam jandarm patrulu tərəfindən evində ölü tapılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Marleks parlamentə seçilməzdən əvvəl Nikolya Sarkozinin prezidentliyi dövründə (2007-2012) onun müşaviri olub

Fransada deputat intihar etdi

Gununsesi.info