Bəzi ərazidə qaz olmayacaq

  • By Günel
  • 07 İyul 2025 21:15

Sabah Babək rayonunun bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Gununsesi.info xəbər verir ki, buna səbəb 159 mm boru korroziyaya uğradığından yeraltı xəttin yerüstü xətlə dəyişdiriməsidir.

Nəticədə Babək rayonunun Cəhri qəsəbəsi, Gülşənabad, Payız, Gərməçataq, Aşağı Buzqov və Yuxarı Buzqov kəndlərində qaz olmayacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Gununsesi.info