“Tarzan” 86 yaşında vəfat etdi…

1960-cı illərdə eyniadlı televiziya şousunda Tarzan rolu ilə tanınan ABŞ aktyoru Ron Eli 86 yaşında vəfat edib.

Gununsesi.info “BBC”-yə istinadən xəbər verir ki, Aktyorun qızı Kirsten Casale Ely İnstaqram səhifəsində “Dünya indiyə qədər tanıdığı ən böyük adamlardan birini itirdi – mən də atamı itirdim” yazıb.

Qeyd edək ki, 2001-ci ildə aktyorluqdan ayrıldıqdan sonra Ely iki roman da yazaraq nəşr etdirmişdi.

Orxan Saffari

Gununsesi.info