
Yunanıstanda 17 min qoyun məhv edilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanın Kənd Təsərrüfatı İnkişafı və Qida naziri Kostas Çiaras sədrliyi ilə keçirilən onlayn iclasda çiçək xəstəliyinin yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlərin həyata keçirildiyini açıqlayıb.
Nazir Çiaras hər hansı səbəbdən qoyun və keçilərin daşınmasının 10 gün müddətində qadağan edildiyini bildirib.
Belə ki, 104 təsərrüfatda xəstəlik halları təsdiqləndikdən sonra 17,5 min heyvanın məhv edildiyi qeyd edilib.
Qeyd edək ki, Nazirlik damazlıqçılara itirdikləri hər heyvana görə 150-500 avro ödəyir.
Orxan Saffari