Prezidentlərə təqdim olunan yemək menyusu - FOTO

  • By Günel
  • 23 Oktyabr 2024 23:36

Kazanda Rusiya Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə təşkil olunan rəsmi ziyafətin menyusu bəlli olub.

Gununsesi.info “Qafqazinfo”- ya istinadən xəbər verir ki, dövlət rəhbərlərinə Tatar mətbəxindən kartoflu “Kıstıbıy” təqdim edilib.

İlkin yemək kimi nərə balığından və göbələkdən hazırlanmış düşbərə masaya düzülüb.

Menyuda o cümlədən, quzu baldırı və göyərti ilə hazırlanmış sudak balığı da yer alıb.

Rəsmi ziyafətdə içkilər Rusiya istehsalı olub. (“Qafqazinfo”)

Gununsesi.info