Zooparkdakı meymunlar bakteriya epidemiyasına görə ölüb…

Honq-Konq zooparkında on ikinci meymun da öldü.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, onun ölümünə səbəb bakteriya epidemiyasıdır ki, bundan əvvəl daha 11  meymun eyni səbəbdən ölmüşdü.

Səlahiyyətlilər, onların çirklənmiş torpaq, hava və ya su ilə təmasda yayıla bilən yoluxucu xəstəlik olan melioidoz səbəbindən öldüklərini söyləyib.

Vurğulayaq ki, daha əvvəl ölü tapılan 11 meymuna nəsli kəsilməkdə olan pambıq tamarinlər, həmçinin ağ üzlü saklar, adi dələ meymunları və De Brazza meymunu daxildir.

Qeyd edək ki, hadisə ilə əlaqədar olaraq Honq Konq Şəhər Universitetinin baytarlıq epidemioloqu Dirk Pfeiffer bildirib ki, infeksiyanın insanlara keçmə riski kifayət qədər aşağıdır.

Orxan Saffari

Gununsesi.info