Lukaşenko prezident seçkilərində iştirak edəcək

Belarus prezidenti Aleksandr Lukaşenko 2025-ci ilin yanvarında keçiriləcək prezident seçkilərində namizəd olacaq.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “Rossiya-1” kanalına müsahibəsində bildirib.

“Bəli, Olqa, mən prezident seçkilərinə gedəcəm”– o, müvafiq suala cavab verib.

Bundan əvvəl Belarus lideri Kazana BRİKS sammitində iştirak etdiyi bildirilib.

 

 

Gununsesi.info