İlham Əliyev Kazanda Dilma Russefflə görüşdü

  • By Günel
  • 23 Oktyabr 2024 19:26

Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda oktyabrın 23-də BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşü olub.

Gununsesi.info xəbər verir ki, Dilma Russeff Azərbaycanda COP29-un keçirilməsini xüsusi qeyd edərək, bu tədbirdə iştirak edəcəyini məmnunluqla vurğuladı. O, iqlim maliyyələşməsi mövzularının beynəlxalq maliyyə institutlarının diqqət mərkəzində olduğunu dedi və bu nöqteyi-nəzərdən Bakıda keçiriləcək COP29-un önəminə toxunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanları müzakirə edilib.

Gununsesi.info