“Hazırda Azərbaycandan müharibə təhlükəsi görmürəm”.
Gununsesi.info Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Xaçatur Sukiasyan deyib.
O qeyd edib ki, regionda münasibətlər yaxşılaşmağa başlayır və bir-birinin suverenliyinə hörmət institutu formalaşmağa başlayır:
“Azərbaycan regionun dövlətlərindən biridir. Onun rəsmi bəyanatlarında ərazi bütövlüyü və suverenli” anlayışı var. Buna nə dərəcədə hörmət etdiklərini bilmirəm. Eyni zamanda digər dövlətlər – İran, Türkiyə, Gürcüstan, Ermənistan da bunu açıq şəkildə bildirirlər. Əgər Azərbaycan ərazi bütövlüyümüzü tanıyırsa, o zaman bunu rəqəmlə adlandırmaya bilər”.