Tətil edən Boeing işçiləri maaşların 35% artırılması təklifini rədd edirlər

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Boeing işçiləri etiraz olaraq tətil elan etmişdilər. Lakin hazırda tətil edən Boeing işçiləri, təyyarə istehsalçısı nəhənginin dörd il ərzində 35% maaş artımını ehtiva edən yeni təklifini də rədd ediblər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Boeing-in 30.000-dən çox əməkdaşı ilkin təklifin rədd edilməsindən sonra sentyabrın 13-də başlayan aksiyaya qoşulub.

Boeing-in rəhbəri Kelly Ortberg, firmanın itkilərinin təxminən 6 milyard dollara (4,6 milyard funt-sterlinq) çatdığı üçün şirkətin “yol ayrıcında” olduğunu xəbərdar edib.

Təkliflə razılaşmayan Həmkarlar ittifaqı nümayəndələrinin bəyanatında isə deyilir:

“10 illik fədakarlıqlardan sonra hələ də barışmaq üçün əsaslarımız var və danışıqları dərhal bərpa etməklə bunu etməyə ümid edirik. Bu, iş yeri demokratiyasıdır və həm də şirkətin ildən-ilə işçiləri ilə pis rəftar etməsinin nəticələrinin olduğunun aydın sübutudur” 

Boeing, son təklifinin rədd edilməsi ilə bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, artıq ikinci dəfədir ki, tətil edən işçilər rəsmi səsvermədə təklif olunan razılaşmanı rədd edirlər. Əvvəlki təklif keçən ay işçilərin 95%-i tərəfindən rədd edilmişdi.

Orxan Saffari 

Gununsesi.info