
ABŞ-ın vitse-prezidenti Kamala Harris Donald Trampı faşist adlandırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə o, CNN telekanalının aparıcısının Trampı faşist hesab edib-etməməsi ilə bağlı sualına cavabında deyib.
“Bəli, mən belə düşünürəm” – deyə Harris vurğulayıb.
Harris əlavə edib ki, seçicilər onun sözünü qəbul etmək məcburiyyətində deyil.
CNN yazır ki, Harris qərarsız seçiciləri, o cümlədən savadlı, mötədil respublikaçılara qalib gəlmək üçün Trampı demokratiya və Amerika milliliyinin əsas prinsipləri üçün təhlükə kimi göstərməyə çalışır.
Tramp rəqibinin çıxışına reaksiya verərək Twitter hesabında bu sözləri yazıb: “Yoldaş Kamala Harris, xüsusən də seçki yarışını fırıldaqçı Co Baydendən oğurladıqdan sonra uduzduğunu və pis uduzduğunu görür, ona görə də indi o, ritorikasını daha da artırır və məni Adolf Hitler adlandırmağa qədər irəliləyir”.\
Günel