Birdəfəlik istifadə olunan məhsulların satışı qadağandır: - Elektron siqaretlə bağlı...

Böyük Britaniya hökuməti gələn yaydan etibarən ölkədə birdəfəlik elektron siqaretlərin satışının qadağan ediləcəyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın Ətraf Mühit, Qida və Kənd İşləri Departamenti (DEFRA) birdəfəlik elektron siqaretlərin satışını qadağan edən yeni qanun layihəsinin parlamentdə müzakirə olunduğunu təsdiqləyib .

Həmçinin bildirilib ki, müəssisələr qalan səhmlərini satmaq və qadağanın qüvvəyə minməsi üçün son tarixə qədər vaxt tapacaqlar.

Hökumət qadağanın 2025-ci il iyunun 1-dən başlayacağını təsdiqləyib. 

Orxan Saffari

Gununsesi.info