
Bakı Şəhər, Mərdəkan Qəsəbəsi sakini Əliquliyev Ramil Fəzayıl oğlu Məhkəmə-Hüquq Şurasına, Bakı Apleyasiya Məhkəməsinə, Azərbaycan Respublikası Prezident Adminstrasiyasına, Bakı Şəhər Səbail Rayon Məhkəməsinin hakimi Mədinə xanım Bağırovaya, Bakı Şəhər Səbail Rayon Məhkəməsinin hakimi Rəna xanım Qafarovaya müraciət edib.
Müraciətin bir sürətini də Gununsesi.info-ya təqdim edən vətəndaş narazılığını bildirir.
Belə ki, o, ona və ailəsinə məxsus mülklərin aldatma yolu ilə əlindən alınmasına, həmçinin bu işə müraciət etdiyi məhkəmənin də baxmamasına dair etirazını bildirən ərizə yazıb.
Gununsesi.info sözügedən müraciəti olduğu kimi təqdim edir:
“Nəzərinizə çatdırıram ki, mənə, ailəmə, qohumlarımın barəsində Xəzər RPİ-də cinayət işi başlanılmış, cinayət təqibi aparılmışdır. Hazırda da cinayət təqibi davam edir. Həmçinin barəmizdə məhdudiyyətlər qoyulmuş, ailəmi, yaxınlarımı polis idarəsinə çağıraraq izahatlarını almışlar. Şirkətlərdən birinin direktor müavini Fərzəliyev Əliyar Əmrah oğlunun etdiyi hədə-qorxular, təzyiqlər nəticəsində mənə, həyat yoldaşım Yelena Əliquliyevaya və həyat yoldaşımın anası Raisa Saloninaya məxsus olan daşınmaz əmlaklar 13-14 iyun tarixlərində Əliyar Fərzəliyevin adına keçirilmişdir. Əliyar Fərzəliyev bizə heç bir məbləğdə pul verilməmişdir. Buna görə də alqı-satqı müvaqilələrinin etibarsız hesab olunması barədə tərəfimizdən məhkəməyə müraciət olunmuşdur. Lakin Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev tərəfimizdən sübutların təqdim olunmasına baxmayaraq bizə məlum olmayan səbəblərdən iddia tələbimizi təmin etməmişdir. Məhkəmə isə qətnamədə əsaslandırma edərkən şahidlərin ifadəsinə tənqidi yanaşmasını göstərmişdir. Halbuki ifadə vermiş şahidlər obyektiv şahidlik edərək məhkəməyə həqiqəti söyləmişlər. Məhkəmə isə 21 saylı notariat ofisində pul verilib-verilməməsini müəyyən etməkdən ötrü sorğu ilə müraciət etsə də, sorğuya cavab verilməmiş qətnamə qəbul edilmişdir. Bizə heç bir pul vəsaiti verilməmişdir, edilmiş hədə-qorxular nəticəsində əmlaklar Əliyar Fərzəliyevin mülkiyyətinə keçirilmişdir.
Yuxarıda göstərilənlərə istinadən sizdən xahiş edirəm ki, ərizəmdə qeyd etdiyim faktları nəzərə alaraq işin obyektiv şəkildə araşdırılmasına müvafiq köməklik göstərəsiniz.”
Tarix: 18.10.2024
Ünvan: Bakı Şəhəri, Mərdəkan Qəsəbəsi, S.Dadaşov küçəsi, ev 4, mənzil 32.
Əlaqə nömrəsi: 055-619-88-81