Bu orta məktəbdə “Molotov kokteyli”nin partlayıb: - 35 nəfər yaralanıb

Cənubi Amerika ölkəsi Çilidə orta məktəbdə “Molotov kokteyli”nin partlaması nəticəsində 35 nəfər xəsarət alıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, kokteyli Çilinin paytaxtı Santyaqoda Barros Arana Milli İnternat məktəbində şagirdləri hazırlayıb.

Xəsarət alanlar arasında şagirdlərlə yanaşı müəllimlər də var.

Partlayışla bağlı aradırma başladılıb.

Hadisə şahidlərinin sözlərinə görə, şagirdlər molotof kokteyli tədbir üçün  hazırlayıblar.

Orxan Saffari

Gununsesi.info