Pentaqon Ukraynadakı münaqişənin mümkün nəticələrindən danışıb

Pentaqonun rəhbəri Lloyd Ostin Ukrayna münaqişəsinin danışıqlarla yekunlaşacağına dair fikir bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə o, Roma Papası Fransisklə görüşdən sonra bildirib.

“Biz Yaxın Şərqdə gərginliyi azaltmalıyıq və Ukraynada keçid yolunu tapmalıyıq. Biz dediyimiz kimi Ukraynanı dəstəkləməyə davam edəcəyik və danışıqlar masasına gəlməyin vaxtının nə vaxt olduğunu onlar müəyyən edəcəklər”– deyə Ostin əlavə edib.

Pentaqonun rəhbəri jurnalistlərin Ukrayna və Yaxın Şərq mövzularında pontifiklə ünsiyyətinin təfərrüatlarını bölüşmək istəyinə belə cavab verib. Ostinin sözlərinə görə, katolik kilsəsinin rəhbəri bu regionlardakı humanitar problemlərdən narahatdır.

Daha əvvəl bildirilmişdi ki, Lloyd Austin Kiyevə elan edilməmiş səfəri zamanı ABŞ-ın Ukrayna prezidenti Vladimir Zelenskinin “qələbə planı”nın əsas bəndlərini dəstəkləyəcəyinə “heç bir eyham vurmayıb”.

Ağ Evin rəhbəri Joe Biden də potensial olaraq “münaqişənin gərginləşməsinə və NATO ilə Rusiya arasında birbaşa qarşıdurmaya səbəb ola biləcək” tədbirlərə qarşı çıxış edib.

Öz növbəsində “The National Interest” yazıb ki, ABŞ Ukraynadakı vəziyyəti həll etmək üçün danışıqlara rəhbərlik etməli və birbaşa Rusiya ilə danışıqlar aparmalıdır.

 

 

Gununsesi.info