
Şimali Koreya Ukraynaya qarşı müharibəyə kömək etmək üçün Rusiyaya 3000 əsgər göndərib.
Gununsesi.info xəbər verir ki, Cənubi Koreyalı qanunvericilər bu barədə çərşənbə günü milli kəşfiyyat agentliyinin brifinqindən sonra açıqlama veriblər.
Qeyd edilir ki, bu rəqəm əvvəlki təxminlərdən iki dəfə çoxdur.
Cənubi Koreyalı qanunvericilər jurnalistlərə bildiriblər ki, Pxenyan Kremlə ümumilikdə 10 minə yaxın hərbçi təqdim edəcəyini vəd edib, yerləşdirmənin dekabr ayına qədər başa çatdırılması gözlənilir.
Məlumata görə, dekabra kimi onların sayının 10 minə çatacağı gözlənilir.