Hərrac tarixində bir ilk: - Robotun imzası olan rəsm satışdadır

Dünyada ilk dəfə olaraq böyük bir hərrac evi robot tərəfindən hazırlanmış rəsm əsərini hərraca çıxarır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Ai-Da” adlı robotun hazırladığı işin 120 min dollardan 180 min dollara alıcı tapacağı gözlənilir.

Robotların 50 il ərzində insan imkanlarını üstələyə biləcəyi və onların bəşəriyyəti əvəz etməməsi üçün qorunma tədbirlərinin görülməli olduğu xəbərdar edilsə də, sənət dünyasında bir ilkə imza atılır.

Bildirilir ki, rəsmdə müasir kompüterin atası kimi tanınan britaniyalı alim Alan Turinqin portreti var. Ai-Da adını ilk kompüter proqramçısı Ada Lovelace-dən götürsə də, onun dizaynı Aidan Meller tərəfindən həyata keçirilib.

Orxan Saffari

Gununsesi.info