
“Without Me”, “Superman”, “Lose Yourself” və daha bir çox hit mahnıları ilə tanınan 51 yaşlı məşhur reper Eminem seçki yarışında Kamala Harrisi dəstəklədiyini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Dünyanın ən məşhur reperlərindən biri olan Eminem Demokratların namizədi Kamala Harrisi dəstəklədiyini açıqlayıb .
Kəmalə Harrisi prezident kimi dəstəklədiyini açıqlayan Eminem doğulduğu Detroitdə keçirilən tədbirdə ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə görüşüb.
Çıxışında reper bu seçkinin demokratiyanın gələcəyi üçün nə qədər əhəmiyyətli olduğunu ifadə edərək Obamanı təqdim edib.
Obama səhnəyə çıxaraq Eminemin “Lose Yourself” mahnısından bəzi hissələri oxuyub.
Orxan Saffari