
Türkiyə Prezidenti Ərdoğan Kazanda proqramını yarımçıq qoyaraq cümə axşamı səhər Türkiyəyə qayıdacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.
Bildirilib ki, prezidentin oktyabrın 24-də Kazanda planlaşdırılan görüşləri təxirə salınıb. Hətta o, bu gün keçirilən rəsmi ziyafətdə də iştirak etməyib.
Qeyd edək ki, bu gün Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasında terror aktı törədilib. Nəticədə 5 nəfər şəhid olub, 22 nəfər isə yaralanıb.
Gununsesi.info