
ABŞ-da inanılmaz əməliyyat qalmaqalı yaşanıb. Anthony Thomas TJ Hoover II adlı şəxsin beyin ölümü olduğu açıqlanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 36 yaşlı kişi orqanları donorluq üçün toplanarkən ayılıb.
36 yaşlı Anthony Thomas ‘TJ’ Hoover II həddindən artıq dozada narkotik qəbul etdiyi üçün xəstəxanaya yerləşdirildiyi bildirilmişdi..
Ailəsinin mediaya verdiyi açıqlamaya görə, Huver infarkt keçirib və beyin ölümü gerçəkləşib.
Həkimlər xəstənin reflekslərinin olmadığını və beyin fəaliyyətinin olmadığını bildiriblər. Lakin xəstənin bacısı əməliyyata girən kimi qardaşının gözlərini açdığını deyib.
Səhiyyə işçiləri ilkin olaraq bu vəziyyəti refleks kimi qiymətləndiriblər.
Ştatın baş prokurorluğu, eləcə də orqan tədarükünə nəzarət edən federal agentlik hazırda bu işi araşdırır.
Orxan Saffari