
Sumqayıtda iki məktəblinin itkin düşdüyü bildirilir.
Gununsesi.info xəbər verir ki, Sumqayıt məktəblərinin birində 8-ci sinif şagirdləri itkin düşüblər. Bildirilib ki, onlar səhər saatlarında məktəbdən çıxaraq naməlum istiqamətdə gediblər. Hazırda hər iki yeniyetmənin mobil telefonuna zəng çatmır.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Sumqayıt24.az-a bildirib ki, həmin şəxslərin itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub.
Onların tapılması istiqamətində hazırda polis əməkdaşları tərəfindən axtarışlar və digər zəruri tədbirlər davam etdirilir.
Qeyd edək ki, itkin düşən yeniyetmələr sinif yoldaşıdırlar.
***
Yenilənib saat 13:36
Yeniyetmələr polis əməkdaşları tərəfindən tapılaraq, ailə üzvlərinə təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Sumqayit24.az bildirib ki, görülən zəruri tədbirlər nəticəsində artıq həmin şəxslər tapılaraq ailələrinə təhvil veriliblər.
Gununsesi.info