Rusiyada kiberhücum həyəcanı: - Görünməmiş miqyasda

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Xarici İşlər Nazirliyinin “görünməmiş miqyasda” kiberhücuma məruz qaldığını açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova BRİKS sammiti zamanı Rusiya Xarici İşlər Nazirliyinin ciddi kiberhücuma məruz qaldığını açıqlayıb.

O, hazırda nazirliyin texniki xidmət qrupları sayta girişi bərpa etmək üçün çalışdığını bildirib.

Zaxarova hadisəni bu cür şərh edib:

“Biz düşünürük ki, bu cür düşmən təsirlər bu günlərdə Kazanda uğurla keçirilən BRİKS sammiti tədbirləri ilə bağlı ola bilər”.

Orxan Saffari

Gununsesi.info