Rəşad Məmmədov dünya ikincisi oldu

  • By Günel
  • 23 Oktyabr 2024 22:25

Azərbaycanın yunan-Roma güləşçisi Rəşad Məmmədov Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının gümüş medalını qazanıb.

Gununsesi.info xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda iranlı Əhməd Vafa ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan R.Məmmədov gümüş medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl Nihad Quluzadə (60 kq) bürünc medala sahib çıxmışdı.

Gununsesi.info