Türkiyə qisasını Suriya və İraqa zərbə endirməklə aldı

Ankarada baş verən terror aktından sonra Türkiyə Kürdüstan İşçi Partiyasının (PKK) Şimali İraq və Suriyadakı hədəflərinə zərbələr endirib.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, ümumilikdə 32 hədəf məhv edilib.

Bildirilir ki, hava əməliyyatı davam edir.

Əməliyyat çərçivəsində PKK-nın mühüm hərbi, kəşfiyyat, enerji və infrastruktur obyektləri, logistika mərkəzləri və sursat anbarları uğurla vurulub. Qeyd olunur ki, əməliyyat zamanı çoxlu sayda terrorçu zərərsizləşdirilib.

“Günahsız mülki şəxslərin zərər çəkməsinin qarşısını almaq üçün hər cür tədbir görülüb”, – deyə  nazirlikdən bildiriblər.

Qeyd edək ki, hərbi texnika istehsal edən “Turkish Aerospace Industries” müəssisəsində törədilən terror aktı nəticəsində 4 nəfər həlak olub.

 

 

Gununsesi.info