
Çin və Tayvan arasında gərginliyin artması və Ukraynada müharibənin davam etməsi fonunda ABŞ və Yaponiya birgə 10 günlük hərbi təlimlərə başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Amerikanın Səsi məlumat yayıb.
Keen Sword adlanan iki ildən bir keçirilən təlimə iki ölkədən 45 min əsgər, 40 gəmi və 370 təyyarə, həmçinin Avstraliya və Kanadadan olan qüvvələr cəlb olunub. Təlimlər Yaponiyanın hər yerində keçirilir.
“Ölkəmizə yaxın bölgələrdə Ukraynadakı kimi ciddi vəziyyətin yaranma ehtimalını istisna edə bilmərik”– – nəşrə istinadən Yaponiya özünümüdafiə qüvvələrinin generalı Yosihide Yoşida bildirib.
Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Yaponiya Kiyevə ən böyük yardım donorlarından birinə çevrilib.
Beynəlxalq tərəfdaşların köməyi ilə Ukraynaya nəzarət edən Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, Yaponiya Kiyevə 31 avqust 2024-cü il tarixinə ümumilikdə 9 milyard avrodan çox yardım edib və onu bütün donor ölkələr arasında dördüncü yerdə yerləşdirib.