İki ay əvvəl itkin düşən ana və övladı tapıldı

  • By Günel
  • 23 Oktyabr 2024 21:42

Qəbələdə iki ay bundan əvvəl itkin düşən ana və övladı tapılıb.

Gununsesi.info xəbər verir ki, 1982-ci il təvəllüdlü Nərgiz Eyvazova və onun azyaşlı övladı polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində aşkar edilib.

Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan təsdiq ediblər.

Gununsesi.info