
12 mindən çox Şimali Koreya hərbçisi Ukraynadakı müharibəyə göndərilmək məqsədi ilə döyüş təlimi keçmək üçün Rusiyaya gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti məlumat yayıb.
“Rusiya Sakit Okean Donanmasının dörd desant gəmisi və üç freqatı 1500-ə yaxın Şimali Koreya xüsusi təyinatlısının Chongjin Hamhung Musudan hava limanı ərazisindən Vladivostoka daşınması üçün ilk əməliyyatı başa çatdırıb. Yaxın vaxtlarda ikinci daşıma əməliyyatının həyata keçiriləcəyi gözlənilir”– deyə məlumatda bildirilir.
Bildirilir ki, həmin bölmələr əvvəllər Şimali Koreya lideri Kim Çen In tərəfindən şəxsən yoxlanılıb.
Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Şimali Koreyanın hərbi qulluqçuları artıq Vladivostok, Ussuriysk, Xabarovsk və Blaqoveşenskdə yerləşdirilib.
Bundan əvvəl Zelenski NATO-nun Brüsseldə keçirilən sammitində jurnalistlərə deyib ki, “məndə olan kəşfiyyat məlumatlarına görə, onlar 10 min əsgər, quru qoşunları, texniki personal hazırlayırlar”.
Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov keçən həftə Şimali Koreya personalının Rusiyaya kömək üçün göndərilməsi ilə bağlı iddiaları “növbətu saxtakarlıq” adlandırıb.
Şəbnəm