Kim raketlərini ilk dəfə göstərdi! - FOTO

  • By Günel
  • 23 Oktyabr 2024 16:29

Şimali Koreya lideri Kim Çen In raketlərini ilk dəfə dünyaya nümayiş etdirib və nüvə nümayəndə heyəti ilə gizli yeraltı görüş keçirib. Liderin “nüvə imkanlarını ABŞ – a qəsdən nümayiş etdirdiyi” düşünülür.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In ABŞ prezident seçkilərinə təxminən iki həftə qalmış strateji raket bazasına baxış keçirərək nüvə silahını nümayiş etdirib.

Bu, Şimali Koreyanın qitələrarası ballistik raketlər (ICBM) və hipersəs raketləri kimi əsas strateji varlıqlarını ilk dəfə gözlər önünə sərgilədiyi ilk “səhnə” oldu. Şimali Koreya liderinin BRICS sammiti öncəsi bu addımı onun nüvə və raket imkanlarını qəsdən nümayiş etdirərək ABŞ-a mesaj vermək niyyəti kimi şərh olunur.

Şimali Koreya Kimin raket bazasını təftiş etdiyi tarix və vaxt daxil olmaqla konkret məlumatlar açıqlamayıb.

Məlumata görə, Kim hərbi rəsmilərlə görüşündə “strateji raket gücünün müharibədən çəkindirmənin əsasını təşkil edən əsas əhəmiyyət kəsb etdiyini” vurğulayıb. Şimali Koreya lideri bütün silahlı qüvvələrin modernləşdirilməsini strateji raketlərlə gücləndirmək siyasətini bir daha təsdiqləyib. ABŞ-ın Şimali Koreyaya artan təzyiqlərinə toxunan Kim, nüvə silahı və raketlərin inkişafını əsaslandıraraq, “Biz təcili olaraq nüvə qüvvələrinin mümkün təhdidlərə qarşı ciddi cavab duruşu ilə təchiz olunmasını tələb edirik”, – deyib.

Eyni gün Şimali Koreya Kimin yeraltı tunel olduğu düşünülən yerdə nüvə və raket inkişafından məsul olan İşçi Partiyası sədrinin birinci müavini Kim Jungsik ilə yaxından söhbət etdiyini əks etdirən bir fotoşəkil yayımladı. Bu onu göstərir ki, strateji raket bazası gizli şəkildə yerin altında yerləşir və nüvə əks-zərbə və qabaqlayıcı nüvə zərbəsi endirmək qabiliyyətinə malikdir.

Kim füzelerini ilk kez gösterdi

Koreya Milli Birlik İnstitutunun baş elmi işçisi Honq Min deyib: “Şimali Koreya nüvə və raket sınaqları əvəzinə mövcud strateji silah bazalarını elan etməklə ABŞ-dan qisas almaq imkanına malik olduğu mesajını verdi. Tədqiqatçı Honq əlavə edib ki, “Şimali Koreya Cənubi Koreya və ABŞ-a qabaqlayıcı cavab olaraq strateji raket bazasını elan edərək, Rusiyaya göndərilməsinin hərbi boşluq yaradacağını və ya diqqətin azaldacağını düşünüb”.

Günel Həsənova

Gununsesi.info