Məşhur vəkil xəstəxanaya yerləşdirilib

Vəkil Əsabəli Mustafayev komaya düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Belə ki, açıqlama almaq üçün vəkilə zəng edən jurnalistlərin telefonunu həyat yoldaşı götürüb və deyib:

“Dünəndən komaya düşüb, indi reanimasiyadadır, nitqi yoxdur, vəziyyəti heç də yaxşı deyil.”

Vurğulayaq ki, o, hazırda Sumqayıt şəhər 2 nömrəli xəstəxanada müalicə alır.

Qeyd edək ki, Əsabəli Mustafayev Azərbaycanda siyasi məhbusların hüquqlarının müdafiəçisi kimi daha çox tanınıb.

Gununsesi.info