
Şəkidə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Gununsesi.info xəbər verir ki, hadisə axşam saat 20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.
Qəza zamanı iki nəfər Balakən rayon sakinləri 1981-ci il təvəllüdlü Əziz Aydın oğlu Kaltayev və 1962-ci il təvəllüdlü Fərman Ömər oğlu Kaltayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info