Şəmkirdə su kanalında iki nəfər bataraq öldü

  • By Günel
  • 13 İyun 2025 20:14

Şəmkir rayonunda su kanalında iki nəfər boğularaq ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Seyfəli kəndindəki kanalda qeydə alınıb.

İlkin məlumata görə, batan şəxslərdən biri qadındır.

Hadisə yerinə xilasedicilər cəlb olunublar. Onların nəşi sudan çıxarılır.

Gununsesi.info