Netanyahu hökuməti məsuliyyətsiz, təcavüzkar və hüquq tanımayan addımları ilə… - Ərdoğan

İsrail, xüsusilə Qəzza olmaqla bölgəmizi qan, göz yaşı və sabitsizliyə boğmaq strategiyasını bu səhər etibarilə çox təhlükəli bir mərhələyə daşıyıb.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti deyib. O, həmçinin bildirib:

“İsrailin qonşumuz İranı hədəf alan hücumları beynəlxalq hüququ ayaqlar altına alan açıq-aşkar bir təxribatdır. İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi və Qəzzaya qarşı həyata keçirilən qeyri-insani hərəkətlərə görə beynəlxalq təzyiqlərin artdığı bir dövrdə bu hücumların həyata keçirilməsi, İsrailin qanun tanımayan zehniyyətini ortaya qoyur. Netanyahu hökuməti məsuliyyətsiz, təcavüzkar və hüquq tanımayan addımları ilə bölgəmizi və bütün dünyanı fəlakətə sürükləməyə çalışır. Beynəlxalq ictimaiyyət artıq qlobal və regional sabitliyi hədəf alan bu İsrail quldurluğuna dur deməlidir. Netanyahu və qətliam şəbəkəsinin bölgəmizi alova atan hücumlarının qarşısı mütləq alınmalıdır. Yaxın Şərqdə daha çox qan, dağıntı və qarşıdurma görmək istəmədiyimizi bu gün bir daha bəyan edirik. Türkiyə olaraq qonşumuz İranı hədəf alan bu iyrənc hücumları lənətləyir, həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyir və dost, qardaş İran xalqına başsağlığı veririk”. 

 

 

 

Gununsesi.info