Mardində də meşə yanğını

  • By Admin2
  • 13 İyun 2025 14:34

Mardində də meşə yanğını ilə mübarizə aparılır.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, Mazıdağı rayonunun Konur kəndi ilə Meşəli məhəllələri arasındakı meşədə naməlum səbəbdən yanğın baş verib.

Külək nəticəsində sürətlə böyüyən alov geniş əraziyə yayılaraq Şanlı rayonunun kənd ərazisinə doğru irəliləyib.

Xəbərdarlıqdan sonra əraziyə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib.

Ekipajlar yanğına müdaxilə etməyə davam edir.

Orxan

Gununsesi.info