Dünyada müsəlman və xristianların sayı açıqlandı

  • By Günel
  • 13 İyun 2025 19:26

Dünyada müsəlmanların sayı sürətlə artır. Amerikada yerləşən PEW Araşdırma Mərkəzinin yeni hesabatına əsasən, İslama dininə ibadət edənlərin sayı 2010-2020- ci illərdə digər dini qruplardan daha sürətlə artıb.

10 ilə müsalmanların sayı 347 milyon artaraq 2 milyard nəfərə çatıb. Araşdırmaya əsasən 2020- ci ildə dünyadakı xristianların sayı 2,3 milyard olub.

İslam say baxımından xristianlıqdan sonra ikinci böyük dindir. Hesablamalar göstərir ki, sürətli artım dünya müsəlmanları ilə xristianlar arasındakı fərqi azaldır.

2010- cu ildə dünya əhalisinin 23,9 % -ni müsəlmanlar, 30,6 % -ni isə xristianıar təşkil edirdisə, 2020- ci ildə müsəlmanlar 25,6 % xristianlar isə 28,8 % təşkil edir.

Müsəlmanların artmasının əsas səbəbi demoqrafik amillərdir. Yəni müsəlmanlar digər böyük dinlərin mənsublarından daha çox uşağa sahibdirlər.

Müsəlman olaraq böyüyən insanların təxminən 1%-i dini tərk edir. Amma bu azalma başqa insanların islama keçməsi ilə balanslanır.

Müsəlmanlar ən çox Asiya Sakit okeanı regionunda yaşayır. Daha sonra Yaxın Şərq, Şimali Afrika regionu gəlir.

Günel

Gununsesi.info