
Avropadan İsrailə göndərilən hərbi təlim keçmiş itlərin Qəzza və İordan çayının qərb sahilindəki əməliyyatlarda mülki şəxslərə qarşı silah kimi istifadə edildiyi yeni araşdırma nəticəsində ortaya çıxıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin “The Guardian” qəzetinin yazdığına görə, Avropa ölkələrindən İsrailə göndərilən hərbi təlim keçmiş itlər Fələstin vətəndaşlarına qarşı hücum aləti kimi istifadə olunur.
İddiaya görə, İsrail ordusunun elit bölməsi Oketz tərəfindən istifadə edilən bu itlərin əksəriyyəti Belçika Malinois cinsindəndir və Almaniya, Hollandiya və İngiltərə kimi Avropa ölkələrindən gətirilir.
2022-2024-cü illər arasında Avropadan İsrailə yüzlərlə itin göndərildiyi müəyyən edilib. Heyvanlar “ev heyvanı” kateqoriyasına aid edildiyi üçün bu itlərin daşınması nəzarətsiz şəkildə həyata keçirilib.
Lakin İsrailə gələn bu heyvanların çoxu Qəzza zolağında və İordan çayının qərb sahilində hərbi reydlərdə mülki şəxslərə qarşı istifadə edilib.
Tədqiqat çoxsaylı mülki vətəndaşların itlərin hücumuna məruz qaldığını ortaya çıxarıb.
Sənədləşdirilmiş işlərdə itlərin sistematik olaraq mülki şəxslərə qarşı hücum və qorxutma vasitəsi kimi istifadə edildiyi iddia edilir.
İnsan haqları təşkilatları bu təcrübənin beynəlxalq hüquqa zidd olduğunu və həm insanlar, həm də heyvanlar üçün böyük etik problemlər yaratdığını bildirir.
Əl-Haq və İnsan Haqları Uğrunda Həkimlər kimi təşkilatlar itlərin fələstinlilərə işgəncə vermək, onları qorxutmaq və onlara fiziki hücum etmək üçün alət kimi istifadə edildiyi ən azı 18 ayrı hadisəni sənədləşdirib.
İsrail ordusu isə iddia edir ki, itlərdən istifadə əməliyyat zərurətidir və yalnız “hərbi təhlükə” yaradan hallarda istifadə olunur.
Orxan