
İzmirin Karaburun rayonunda meşəlik ərazidə baş verən yanğınla havadan və qurudan mübarizə aparılır.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, Saat 11:30 radələrində İzmirin Karaburun mahalına bağlı Mordoğan Məhəlləsindəki meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

Xəbərdarlığın ardından bölgəyə İzmir Meşə Region Müdirliyinə aid 2 təyyarə, 6 helikopter, 14 su maşını, 4 su təchizatı maşını və 3 dozer göndərilib.
Ekipajlar yanğını nəzarət altına almaq üçün işlərini davam etdirir.
Ekipajlar yanğını nəzarət altına almaq üçün işlərini davam etdirir.


