
İsrailin başda paytaxt Tehran olmaqla İrana hava hücumlarının vurduğu ziyan kameralara düşüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusu bu gün səhər saatlarında İranın müxtəlif şəhərlərinə hücumlara başlayıb. Bildirilib ki, hücumlar nüvə obyektləri və hərbi məntəqələri hədəf alıb, nəticədə 5 nəfər ölüb, 20 nəfər yaralanıb, o cümlədən iranlı komandirlər və alimlər. İranın bu hücumlara necə cavab verəcəyi maraqla qarşılansa da, hücumların vurduğu zərər gün açılandan bəlli olmağa başlayıb.

İranın paytaxtı Tehranda bir yaşayış binasına İsrailin hücumu bir çox mənzillərə və fasadlara ziyan vurması kameralara düşüb. Hücumun ardından hadisə yerinə gedən xilasetmə qrupları axtarış-xilasetmə və yanğının söndürülməsi işlərinə qatılıb.
İranın Milli Neft Məhsullarının Emalı və Paylama Şirkəti İsrailin hücumları nəticəsində ölkənin neft obyektlərinə ziyan dəymədiyini açıqlayıb. Şirkətin İran dövlət televiziyasında yayımlanan bəyanatında bu ifadələr yer alıb: “İsrailin bugünkü hücumlarında ölkəmizin neft emalı zavodları və neft anbarlarına heç bir ziyan dəyməyib”. Bildirilib ki, neft obyektlərinin fəaliyyəti və ölkə üzrə yanacağın paylanması fasiləsiz davam etdirilib.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İran səlahiyyətlilərinin Buşehr AES-in hədəf alınmadığını bildirdiyini açıqlasa da, İsrailin Natanz nüvə obyektlərinə hücumundan sonra Qum-İsfahan avtomobil yolunun hərəkətə bağlandığı açıqlanıb.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Yol Polisinin rəisi Seyid Taymur Hüseyni məsələ ilə bağlı açıqlama verib. Hüseyni İsrailin hücumlarından sonra Natanz nüvə obyektlərinin yaxınlığındakı Qum-İsfahan avtomobil yolunun növbəti xəbərdarlığa qədər nəqliyyat üçün bağlandığını bildirib. Magistral yolun vəziyyəti və hücumla bağlı ətraflı məlumatın daha sonra açıqlanacağı qeyd edilib.

İran dövlət televiziyası İsrailin Natanz, Tehran və Təbrizdəki nüvə obyektlərinə, eləcə də Kirmanşahın bəzi məntəqələrinə zərbələr endirib. Can və mal itkisi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə Kirmanşahın bəzi yerlərindən tüstü qalxdığı görünür.
İsrail ordusunun sözçüsü bu gün səhər saatlarında həyata keçirdikləri hücumlarla bağlı verdiyi açıqlamada İrana qarşı hücumlarda 200 döyüş təyyarəsinin iştirak etdiyini və 100-dən çox hədəfin vurulduğunu bildirib. Açıqlamada həmçinin hücumlarda 100-dən çox pilotsuz uçan aparatdan istifadə edildiyi bildirilib. AFP xəbər agentliyi İranın İsrailə 100-ə yaxın İHA atdığını, İsrail ordusunun isə onların qarşısını almağa çalışdığını və İsrail döyüş təyyarələrinin İrandakı nüvə obyektlərini hədəf almağa davam etdiyini bildirib.