Bakıda tanınmış həkim narkotacir kimi saxlanıldı - VİDEO - FOTO

  • By Günel
  • 13 İyun 2025 20:41

Bakıda sosial şəbəkə vasitəsilə narkotiklərin onlayn satışını həyata keçirən şəxslərdən biri ilə bağlı maraqlı detal məlum olub.

Gununsesi.info xəbər verir ki, ifşa olunmamaq üçün hotellərdə gecələyən 42 yaşlı Elşən Əliyev əvvəl ürək-damar cərrahı işləyib.

Qeyd edək ki, saxlanılan şəxs – damar cərrahı Elşən Əliyev 2002-2008-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. 2008-2010-cu illərdə isə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Diplomdan Sonrakı Təhsil Tibb Akademiyasında ixtisaslaşma keçib. 2010-cu ildə Türkiyənin İstanbul şəhərində yerləşən Medical Park Hospitalda və Adana Çukurova Universitetində peşəkar təcrübə əldə edib.

Elşən Əliyev Avropa, Rusiya və Azərbaycan Ürək-Damar Cərrahları Cəmiyyətlərinin üzvüdür. O, bir çox yerli və beynəlxalq tibbi konfranslarda iştirak edib.

***

Bakıda sosial şəbəkə vasitəsilə narkotiklərin onlayn satışını həyata keçirən şəxslər saxlanılıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən sonuncu tədbirlər zamanı 34 yaşlı Mirtale Rəhimov, əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər – 23 yaşlı Vüsal Səmədov və 42 yaşlı Elşən Əliyev saxlanılıblar.

Onlardan ümumilikdə iki kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, psixotrop maddə metamfetamin və güclü təsiredici xassəyə malik 87 ədəd preqabalin həbi aşkar edilib.

Həmin şəxslər sosial şəbəkə vasitəsilə narkotiklərin onlayn satışını həyata keçiriblər.

Bundan başqa, saxlanılan Elşən Əliyevin ifşa olunmamaq və izini itirmək üçün tez-tez yaşayış ünvanlarını dəyişdiyi, əsasən, paytaxtda yerləşən müxtəlif hotellərdə gecələdiyi müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

sddefault