Avropa Şurasının Nazirlər Komitəsi azərbaycanlılara görə Ermənistana çağırış edib

  • By admin
  • 13 İyun 2025 17:39

 

Bu gün Avropa Şurasının Nazirlər Komitəsi Avropa Şurasına üzv dövlətlər, o cümlədən Ermənistan və Azərbaycan tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası ilə bağlı qərarlarını dərc edib.

Qurumdan Gununsesi.info-ya göndərilən məlumata görə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul edilən qərarın icrasına əməl edilməməsinə görə Nazirlər Komitəsi Ermənistana xəbərdarlıq edib.

 

Bununla bağlı qərarda Ermənistandan Azərbaycandan olan bu şəxslərə ədalətli kompensasiya ödənilməsi tələbi qoyulub.

“Ermənistan üç ay ərzində ərizəçilərə və ya onların yaxın qohumlarına maddi və mənəvi zərər, habelə xərclər və məsrəflərlə bağlı müəyyən məbləğləri ödəməlidir” deyə qərarda bildirilir.

 

Günay

Gununsesi.info