Bu il məktəblərdə 113 000 nəfər məzun olur

  • By Günel
  • 13 İyun 2025 19:02

2024-2025-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 113 000 nəfərə yaxın şagird məzun olur.

Bu barədə Gununsesi.info-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 54 000 nəfərə yaxını qız, 58 000 nəfərdən çoxu oğlandır.

Gununsesi.info