Məhəmməd Baqirinin qızı da öldürülüb

İsrailin hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqirinin qızı Fərəştə Baqiri də öldürülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fərəştə Baqirinin işlədiyi “Defa Press” agentliyi məlumat yayıb.

Onun atası ilə birlikdə öldürüldüyü bildirilib.