Əlikram Bayramovun itkin düşən qardaşı oğlu tapıldı

  • By Günel
  • 13 İyun 2025 18:59

Ötən ay itkin düşən müğənni Əlikram Bayramovun qardaşı oğlu Rahid Bayramov tapılıb.

Gununsesi.info xəbər verir ki, itkin kimi axtarışı elan olunan Rahib Bayramov Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.

Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.

Qeyd edək ki, R. Bayramov mayın 7-si Biləsuvardan Bakıya gəlib, ayın 8-dən isə ondan xəbər alınmamışdı.

Gununsesi.info