Mingəçevirdə zəncirvari qəza - Yaralananlar var

  • By Günel
  • 13 İyun 2025 21:31

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Təbriz küçəsində, məscid yaxınlığında baş verib. Yol nəqliyyat hadisəsi zamanı “Mercedes”, “Hyundai” və “BMW” markalı avtomobillər toqquşub. Nəticədə “Mercedes”in sürücüsü 2000-ci il təvəllüdlü Kənan Nəsirli və “BMW”-nin sürücüsü, 1985-ci il təvəllüdlü Zamiq İsmayılov xəsarət alıblar.

Hər iki yaralı xəstəxanaya çatdırılıb.Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info