Şəmkirdə batan şəxslərdən birinin nəşi su anbarından çıxarıldı - YENİLƏNDİ

  • By Günel
  • 13 İyun 2025 21:24

Şəmkir rayonunun Dəryaçay su anbarında batan şəxslərdən birinin meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, 2004- cü il təvəllüdlü Ümid İbrahimovun nəşi sudan çıxarılıb.

Hazırda digər şəxsin axtarışları davam edir.

Su anbarında batan ikinci şəxs 2005-ci il təvəllüdlü Aliyə Həsənovadır.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info