Amerikalılar WP abunəliyini dayandırdılar

Amerikalılar çoxlu sayda The Washington Post qəzetinin abunəliyini dayandırmağa başlayıblar.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, buna səbəb nəşrin seçkidə ABŞ-ın vitse-prezidenti Kamala Harrisi dəstəkləməməsidir.

Məlumata görə, 200,000-dən çox insan abunəliyini ləğv edib.

Jurnalistlər müəyyən ediblər ki, milyarder sahibi Ceff Bezosun Respublikaçı namizədi dəstəkləməkdən imtina etməsi qəzeti pullu abunələrdən əldə etdiyi gəlirin az qala 10%-dən məhrum edib.

 

 

 

Gununsesi.info