Trampı tənqid edənlər öz işləri dəyərləndirməlidirlər

Respublikaçıların prezidentliyə namizədi Donald Trampı tənqid edən o generallar ilk növbədə öz işlərinin səmərəliliyini dəyərləndirməlidirlər.

Gununsesi.info xəbər verir ki, bunu senator Lindsi Qrem ABC telekanalında deyib.

“20 il ərzində sizə və başqalarına İraq və Əfqan ordularını öyrətmək üçün milyardlarla dollar verildi və onlar ucuz kostyum kimi əzildilər. Başqalarını tənqid etməzdən əvvəl işiniz haqqında bir az fikirləşirsiniz?”– deyə o, əlavə edib.

Bildirilir ki, Qrem Trampın güclü lider olduğuna inandığını vurğulayıb.

“O, faşist deyil, o Adolf Hitler deyil” – deyə senator vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Tramp demokrat rəqibi Kamala Harrisin faşizmlə bağlı ittihamlarına cavab vermişdir.

 

 

Gununsesi.info