
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın Gürcüstana qarşı təhdidlərini pisləyib, bunu neokolonializmin təzahürü adlandırıb və belə üsulların qəbuledilməz olduğunu vurğulayıb.
Gununsesi.info xəbər verir ki, Zaxarova bu üsulları neokolonializmlə müqayisə edərək, qondarma demokratiyanın diktaturaya çevrildiyini və digər ölkələr üçün təhlükə olduğunu vurğulayıb.
“Demokratiya, cənab, biz gəldik. Növbəti stansiya neokolonializmdir”– deyə Zaxarova öz Telegram kanalında yazıb.
Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Gürcüstanı respublika hökuməti kursunu dəyişməsə, “daha sonrakı nəticələrlə” hədələmişdi.
Bu bəyanatlar Rusiya diplomatiyasının kəskin tənqidinə səbəb olub və suveren ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilib.
Günel